Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankı ilə görüş keçirilib - BBN

İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankı ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində İslam İnkişaf Bankının (IsDB) Baş katibi Riad Raqib Əhmədlə görüş baş tutub.

BBN.az xəbər verir ki, görüşdə iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Nazir müavini Səməd Bəşirli Bankla əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə edərək qeyd edib ki, həyata keçirilən birgə təşəbbüslər ölkədə biznes mühitinin təkmilləşdirilməsinə, sahibkarlığın inkişafına və qeyri-neft sektoruna investisiyaların artmasına mühüm töhfə verir.

Görüş zamanı həmçinin İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildə Bakıda keçiriləcək İllik Toplantılarının əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, bu tədbir üzv ölkələr arasında regional və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsinə, həmçinin İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Tərəflər iqtisadiyyat və maliyyə sahələrində əməkdaşlığın dərinləşdirilməsi, prioritet istiqamətlər üzrə birgə layihələrin reallaşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı