Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İqtisadiyyat Nazirliyində UNECE-nin icraçı katibi ilə görüş keçirilib - BBN

İqtisadiyyat Nazirliyində UNECE-nin icraçı katibi ilə görüş keçirilib

SPECA çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsi, ticarətin və nəqliyyatın asanlaşdırılması məsələləri müzakirə edilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşüb.

Görüşdə Azərbaycanın 2023-cü il ərzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) sədrliyi dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, üzv ölkələr arasında əməkdaşlığın təşviqinin, ticarət və nəqliyyat əlaqələrinin daha da asanlaşdırılmasının önəmi vurğulanıb.

Tərəflər həmçinin SPECA üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin görüşünün keçirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə aparıblar.

Qeyd: BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Related posts

Avropanın enerji bazarı “od içində”: Hörmüz qeyri-müəyyənliyi qaz qiymətlərini sıçratdı

Trampın “Hörmüz” müdaxiləsi neft qiymətlərini soyutdu: Bazarlarda qısamüddətli rahatlıq

Qızıl “gözləmə” rejimində: İran gərginliyi və FED-in faiz qərarı qiymətləri cilovlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı