İqtisadiyyat Nazirliyinin iki əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

İqtisadiyyat Nazirliyinin əməkdaşları Elvin Əlizadə və Mirzə Ələkbər Babayev III “Yüksəliş” müsabiqəsinin qalibi olub.

BBN.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov Twitter hesabında bildirib.

“İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, peşəkar kadr ehtiyatının yaradılması məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş daha bir “Yüksəliş” müsabiqəsi yekunlaşıb. İki əməkdaşımız da müsabiqənin qalibləridir. Onlar İqtisadiyyat Nazirliyində kadrların peşəkarlığının artırılması məqsədi daşıyan “Uğur yolu” karyera inkişafı proqramında da qalib gəliblər. Əməkdaşlarımıza və “Yüksəliş” müsabiqəsinin digər qaliblərinə təbriklərimizi çatdırır, uğurlar arzulayırıq”, – deyə nazir qeyd edib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı