Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İranda Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib - BBN

İranda Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlama Şurasının 34-cü iclası çərçivəsində İran İslam Respublikasının Tehran şəhərində təşkil olunan Turizm Komitəsinin toplantısı Azərbaycanın sədrliyi ilə keçirilib.
Tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.
Toplantı zamanı, təşkilatın 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər üzrə iş planına əsasən, İƏT regionu ölkələri üçün turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinin yaradılması, turizm standartlaşdırması üzrə işçi qrupu tərəfindən hazırlanmış İƏT regionunda fəaliyyət göstərən yerləşdirmə müəssisələrinin davamlılığı ilə bağlı ümumi kriteriyalar, üzv dövlətlər arasında İpək Yolu turizmi istiqamətidə əməkdaşlığın genişləndirilməsi məqsədilə işçi qrupun yaradılması müzakirə edilib.
Tədbirdə, həmçinin İƏT və UNESCO-nun birgə əməkdaşlığı ilə qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması üçün müvafiq tədbirlərin təşkili, eləcə də üzv dövlətlərin mövcud turizm potensialının təşkilat çərçivəsində daha geniş təbliğatının aparılması məqsədilə yeni layihə olan “İƏT-in turizm səfirləri”nin təyin edilməsi məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Related posts

Nazirlər Kabineti notariat hərəkətlərinin aparılması qaydalarında dəyişiklik edib

Nazirlər Kabineti “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsinə dəyişiklik edib

Azərbaycanın ABŞ ilə builki ticarət dövriyyəsinin dəyəri 467 milyonu ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı