Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İrandan idxal edilən məhsulların bahalaşmaması üçün nə etmək lazımdır? – Açıqlama - BBN

İrandan idxal edilən məhsulların bahalaşmaması üçün nə etmək lazımdır? – Açıqlama

İranda baş verən savaş region ölkələri üçün yalnız hərbi deyil, eyni zamanda iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər. Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov səsləndirib.

Deputat bildirib ki, Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə cüzi dəyişərək 644 milyon dollar təşkil edib. 2024-cü ildə bu göstərici 647 milyon dollar olub. Onun sözlərinə görə, rəqəmlər ilk baxışda yüksək görünsə də, dövriyyənin strukturu fərqli mənzərə ortaya qoyur.

Belə ki, 2025-ci ildə 644 milyon dollarlıq ümumi dövriyyənin 624 milyon dolları İrandan idxalın payına düşüb. Azərbaycanın İrana ixracı isə cəmi 20 milyon dollar olub. Bu isə ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldo yarandığını göstərir.

Millət vəkili qeyd edib ki, illər üzrə statistik təhlillər iki ölkə arasındakı ticarətdə İran idxalının dominant olduğunu göstərir. Azərbaycanın ümumi ixracında İranın payı olduqca aşağıdır. Bu baxımdan, İranla ticarət əlaqələrində texniki çətinliklərin davam etməsi Azərbaycanın ixracına ciddi təsir göstərməyəcək.

Deputatın sözlərinə görə, əsas təsir İrandan idxalın azalması fonunda özünü göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, quru meyvələr, yüngül sənaye və məişətdə istifadə olunan müxtəlif sənaye məhsulları idxal olunur.

2025-ci ildə Azərbaycan İrandan 14,3 milyon dollarlıq portağal (təzə və ya qurudulmuş), 13,6 milyon dollarlıq kartof, 11,8 milyon dollarlıq qida üçün yararlı duz və yodlaşdırılmış məhsullar, 9,4 milyon dollarlıq badımcan, 8,8 milyon dollarlıq peçenye, 8,7 milyon dollarlıq kərə yağı, 8,3 milyon dollarlıq bibər (capsicum və ya pimenta növləri), 6,4 milyon dollarlıq xurma, 6,1 milyon dollarlıq soğan, 5,7 milyon dollarlıq yerkökü, 4,5 milyon dollarlıq kələm, 4,1 milyon dollarlıq pendir və 3,1 milyon dollarlıq kivi idxal edib.

Bununla yanaşı, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb. Sözügedən dövrdə İrandan 84,8 milyon dollarlıq azot, 48,7 milyon dollarlıq arqon, 20,1 milyon dollarlıq mərmər qırıntıları və tozu, 18,9 milyon dollarlıq tikinti daşlarının qırıntıları, 12,5 milyon dollarlıq təbii barium sulfatı, 9,7 milyon dollarlıq ağ portlandsement, 6,9 milyon dollarlıq hipoxlorit və xloritlər, 5,8 milyon dollarlıq dinatrium karbonat və digər qeyri-ərzaq məhsulları idxal olunub.

Deputat vurğulayıb ki, İrandan idxal edilən məhsulların, xüsusən də ərzaq mallarının qiymətinin yüksəlməməsi üçün alternativ bazarlardan həmin məhsulların daha qısa zamanda gətirilməsi və idxalın şaxələndirilməsi vacibdir. Onun fikrincə, müharibənin müddəti uzanarsa, bəzi məhsullar üzrə təchizatda çətinliklər yarana bilər.

Bununla belə, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində İranın payı cəmi 1,3 faiz, illik idxalda isə 2,6 faiz təşkil edir. Deputat hesab edir ki, idxalın azalması istehlak bazarında ciddi disbalans yaratmayacaq, lakin ərzaq bazarlarının diversifikasiyası və idxaldan asılılığın minimumlaşdırılması indiki şəraitdə daha da prioritet məsələdir.

Related posts

İran–ABŞ müharibəsi qlobal indeksləri silkələdi: Asiya və ABŞ fyuçersləri enişdə, neft bahalaşır

BVF Ukraynaya 8,1 milyard dollarlıq kredit çərçivəsində islahatların icrasını vacib sayır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı