Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İRİA: ICPC Azərbaycanda startapların sayını artıra bilər - BBN

İRİA: ICPC Azərbaycanda startapların sayını artıra bilər

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı kimi yarışlar sayəsində Azərbaycanda startapların sayının artması gözlənilir.

BBN.az xəbər verir ki, bunu Rəqəmsak İnkişaf və Nəqliyyat Nazirliyi yanında  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev ICPC Dünya Finalı 2025-ə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, innovasiya ekosisteminin inkişafında ən vacib komponentlərdən biri insan potensialının inkişaf etdirilməsidir.

“Düşünürəm ki, bu müsabiqə Azərbaycanda İKT sahəsində mütəxəssislərin inkişafına töhfə verəcək. Bu yarışda iştirak edən tələbələrimiz artıq öz bilik və bacarıqlarını artırıblar. Onlar müxtəlif ölkələrdə olan tələbələrlə yarışaraq öz bilik səviyyələrini göstəriblər. Bu müsabiqə ölkədə digər mütəxəssislər, tələbələr üçün yeni fürsətlər yaradacaq”,-deyə o əlavə edib.

Ş.Əliyev hesab edir ki, bu cür yarışlarda iştirak gənclərdə fundamental biliklər formalaşdırır və onlar daha çevik, daha innovativ həllər yaratmağa yönəlir: “Təbii ki, belə olan halda ölkəmizdə startapların sayının artması gözlənilir”.

Related posts

“Aİ Azərbaycan qazının etibarlı alıcısı statusunu qoruyacaq”

BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Mərkəzi Bank AniPay mobil tətbiqi və saytının fəaliyyətini dayandırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı