İRİA-nin təşəbbüsü ilə Avropanın aparıcı akseleratoru ilk dəfə regionda!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və “PASHA Holding”in sponsorluğu ilə regionda ilk dəfə Azərbaycanda “Startup Wise Guys Global Pre-revenue Program” həyata keçirilib.

Ekosistemin unikallığı, regionda tutduğu yer və qlobalda sahib olduğu imajın göstərilməsi məqsədilə bu proqramda yerli startaplar ilə yanaşı bir neçə xarici startap da iştirak edib. Proqramın bağlanış mərasimində iştirak edən 10 ən yaxşı startap öz layihələrini investorlar qarşısında təqdim etmək imkanı əldə ediblər.

Sözügedən startaplar İRİA, “PASHA Holding”, “LTC Innovation”, “Sabah.Hub” və “Wise Guys” nümayəndələrindən təşkil olunmuş 5 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib və onlar tərəfindən seçilmiş ən yaxşı 4 startap “Sabah. acceleration” və “LTC Global Acceleration” proqramına birbaşa qəbul olublar.

Qeyd edək ki, 2 kohort ərzində ümumilikdə 30 startapın iştirak etdiyi proqram yerli ekosistemdə startapların qarşılaşdığı ən böyük problemlərdən biri olan davamlı gəlir modelinin yaradılması istiqamətində investor qarşısında çıxış üzrə praktiki biliklər əldə ediblər və akselerasiya proqramına hazırlıq üçün təlimləri uğurla başa vurublar.

Related posts

“Startap” şəhadətnaməsi kimlərə verilir? – Video

“Startup School 2” iştirakçıları qabaqcıl şəkil emalı texnikalarını öyrəniblər

KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı