İş axtaranların nəzərinə – “Yelo Career Festival” keçiriləcək!

İş axtaran, xüsusilə bank sahəsində karyera qurmağa maraqlı olan gəncləri “Yelo Career Festival” yarmarkasına dəvət edirik. Yarmarka 14 iyun, saat 11:00-13:00-da Yelo Bank-ın Baş ofisində keçiriləcək (Həsən bəy Zərdabi 81 K). Yarmarka Dövlət Məşğulluq Agentliyi və Yelo Bank-ın birgə təşkilatçılığı ilə baş tutacaq. Yarmarkada Yelo Bank da daxil olmaqla, 40-dan çox şirkət 400-dən çox aktiv vakansiyalarla təmsil olunacaq. Burada ixtisaslara uyğun vakant iş yerləri, təcrübə və təqaüd proqramları, həmçinin karyera perspektivləri barədə ətraflı məlumat veriləcək. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

“Yelo Career Festival” aparıcı şirkətlərin işəqəbul nümayəndələri ilə görüşmək, əlaqələr qurmaq və uyğun vakansiyada namizəd olaraq dəyərləndirmək fürsəti yaradacaq. Hər birinizi gözləyəcəyik. Qeydiyyatdan keçmək üçün: http://bit.ly/4eduokN

Banklarda vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Related posts

Bank of Baku-da yeni təyinat

Mərkəzi Bank tərəfindən “Mobile Payment Solutions” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib

Kapital Bank-la digər banklardakı kreditlərinizi sərfəli şərtlərlə ödəyin

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı