Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İşçi Qrupunun onlayn iclası keçirilmişdir - BBN

İşçi Qrupunun onlayn iclası keçirilmişdir

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (Kollegiya) ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında 18 oktyabr 2022-ci il tarixində imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memoranduma əsasən, iki qurum arasında müxtəlif mövzularda müzakirələrin və konstruktiv dialoqun baş tutması, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi və ABA-nın müvafiq Ekspert Qruplarının Kollegiyanın Biznes Hüququ Komitəsi ilə koordinasiyalı şəkildə fəaliyyətin təşkili məqsədi ilə yaradılmış İşçi Qrupunun onlayn iclası keçirilmişdir.

İclas zamanı tərəfləri maraqlandıran məsələlər, gələcəkdə görülək işlər və birgə əməkdaşlığın faydası haqqında müzakirələr edilmiş, fikir mübadiləsi aparılmış.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı