Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
IsDB: Ərəb regionunda təbiət əsaslı həllər üçün innovativ maliyyələşmə vacibdir - BBN

IsDB: Ərəb regionunda təbiət əsaslı həllər üçün innovativ maliyyələşmə vacibdir

Ərəb regionunda təbiət əsaslı həllərin (NBS) miqyasının genişləndirilməsi üçün həm ənənəvi, həm də innovativ maliyyələşdirmə mexanizmlərinin birgə tətbiqi tələb olunur.

Report” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası” tədbirində İslam İnkişaf Bankının (IsDB) Dayanıqlılıq və İqlim Fəaliyyəti Departamentinin İqlim Dəyişikliyi üzrə aparıcı mütəxəssisi Bradley Hiller bildirib.

Onun sözlərinə görə, Ərəb regionunda təbiət əsaslı həllərin tətbiqi və bu sahəyə investisiyaların artırılması üçün böyük potensial mövcuddur.

B.Hiller qeyd edib ki, IsDB və digər çoxtərəfli inkişaf bankları NBS yanaşmalarını əsas infrastruktur və şəhər investisiyalarına inteqrasiya edə bilərlər:

“Təbiət əsaslı həllərə yalnız ayrıca ekoloji layihələr kimi yanaşmaq əvəzinə, onları nəqliyyat, mənzil, su və bələdiyyə xidmətləri layihələrinə daxil etmək mümkündür. Buraya “yaşıl” infrastrukturun şəhər drenaj sistemlərinə, sahil mühafizəsinə və əlverişli mənzil layihələrinə inteqrasiyası daxildir”, – deyə o bildirib.

Mütəxəssis vurğulayıb ki, innovativ maliyyələşdirmə alətləri də bu prosesdə mühüm rol oynayır.

Onun sözlərinə görə, IsDB 2019-cu ildə dayanıqlı maliyyə çərçivəsini istifadəyə verib və bu çərçivə daxilində yaşıl və dayanıqlılıq sukukları (islam istiqrazları) buraxılıb.

B.Hiller bildirib ki, həmin çərçivənin yaşıl maliyyə kateqoriyalarına dayanıqlı su və tullantı sularının idarə olunması, çirklənmənin qarşısının alınması, eləcə də canlı resursların və torpaq istifadəsinin ekoloji baxımdan dayanıqlı idarə edilməsi istiqamətində investisiyalar daxildir.

Related posts

Moody’s: Yaxın Şərqdəki gərginliklərə baxmayaraq Azərbaycanın bank sistemi sabit qalacaq

IsDB: Təbiət əsaslı həllərə investisiyalar əmək bazarını dəyişdirəcək

Yaxın Şərqdə 50 milyard ağacın əkilməsi nəzərdə tutulur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı