Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
IsDB-nin Bakıda keçiriləcək illik toplantılarına hazırlıq müzakirə olunub - BBN

IsDB-nin Bakıda keçiriləcək illik toplantılarına hazırlıq müzakirə olunub

İslam İnkişaf Bankı (IsDB) Qrupunun iyunun 16-19-da Bakıda keçiriləcək illik toplantılarına hazırlıq məsələləri müzakirə edilib. Bu barədə “Report” banka istinadən xəbər yayıb.

Məlumata görə, Azərbaycanın Baş nazirinin müavini, illik toplantıların Təşkilat Komitəsinin sədri Samir Şərifov IsDB Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirib.

Görüş zamanı tədbirin proqramı, “roadshow”lar və digər təşkilati məsələlər müzakirə olunub. Tərəflər Azərbaycanın iqtisadi inkişaf tempini, ölkənin ticarət və davamlı artım üçün regional mərkəz kimi artan rolunu xüsusi vurğulayıblar. Məhəmməd Əl-Casir Azərbaycanın bu əhəmiyyətli tədbirə ev sahibliyini yüksək qiymətləndirərək, IsDB Qrupunun üzv ölkələr üçün təsirli nəticələrin təmin edilməsinə sadiqliyini bir daha ifadə edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 % paya malikdir. 2024-cü ilin sonuna qədər IsDB Qrupunun Azərbaycana ayırdığı maliyyələşmənin ümumi həcmi 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edib. Bu vəsaitin 1 milyard 106 milyon ABŞ dolları 35 layihə üzrə maliyyələşməyə, 185,8 milyon ABŞ dolları 20 ticarət əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə yönəldilib.

Xatırladaq ki, IsDB Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını və bir sıra digər tədbirləri keçirəcək.

Related posts

“Bank Respublika” sahibkarlara “34 GÜN – 34% ENDİRİM” kampaniyasına start verib

“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

Maliyyə Nazirliyi və IMF dövlət müəssisələri üçün stress-test mexanizmlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı