Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İşğaldan azad edilmiş ərazilərdə ipoteka kreditlərinin verilməsi qaydası dəyişdirilib - BBN

İşğaldan azad edilmiş ərazilərdə ipoteka kreditlərinin verilməsi qaydası dəyişdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edib.

BBN.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərman imzalayıb.

Yeni dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə adi ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin dəyərinin 90 %-dən çox olmamalıdır. Digər ərazilərdə isə bu göstərici 85 % müəyyən edilib.

Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (və ya borcalanların) aylıq məcmu gəlirinin 75 %-dən artıq olmamalıdır. Müqayisə üçün qeyd edək ki, digər ərazilərdə bu göstərici 70 % təşkil edir.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı