“İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi” mövzusunda görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin  iştirakı ilə “İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi” mövzusunda görüş keçirilib.

Görüşdə azad olunan ərazilərə köçürüləcək şəxslərin mərhələli şəkildə demoqrafik, məşğulluq və sosial göstəricilərinin təhlilinin aparıldığı, onlarla fərdi görüşlərin keçirildiyi bildirilib.

Qeyd edilib ki, təhlillər nəticəsində köçürüləcək şəxslər üçün fərdi məşğulluq proqramları hazırlanır və onların məşğulluq məsələlərin həlli üçün işlərə başlanır. Eyni zamanda işəgötürənlərlə də iş aparılaraq onların işçi qüvvəsinə olan tələbatları öyrənilib.

Görüşdə mövzu ilə bağlı təkliflər dinlənilib,  köçürüləcək şəxslərlə növbəti görüşlərin keçirilməsi qərara alınıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı