İşğaldan azad olunan yurd yerlərinə kiçik biznesləri ilə qayıtmağa hazırlaşırlar

Onlar Müzəffər Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi ərazilərimizdən olan özünüməşğulluq proqramı iştirakçılarıdır.

Füzuli, Qubadlı, Zəngilan və Xocavənd rayonlarının sakinləri olan bu insanlar məcburi köçkün olduqları dövrdə proqrama cəlb edilərək aktivlərlə təmin olunub, öz  kiçik ailə bizneslərini yaradıblar. Yaxın zamanda doğma torpaqlarına öz ailə biznesləri ilə qayıdacaqlarının sevincini yaşayırlar və ata-baba yurdlarında təsərrüfatlarını gələcəkdə daha da genişləndirəcəklərinə əmindirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir. Bu ilin ötən dövründə də proqrama cəlb olunanlardan 1330 nəfəri məcburi köçkünlər olub.

Related posts

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı