İslahat İcmalı Pandemiya dövründə sosial siyasətə həsr olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışı dərc olunub. Pandemiya dövründə vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatlara həsr olunan bu buraxılışda 4.8 milyon insanı əhatə edən və maliyyə yükü 600 milyon manat olan islahat paketi və bu islahatların ilkin təsirlərinin təhlili təqdim olunub.

            Belə ki, xüsusi buraxılışda bu islahatların əsas 4 istiqaməti-əmək müqaviləsi ilə işləyən şəxslərin iş yerlərinin qorunması, işsiz və qeyri-formal işləyən vətəndaşların sosial rifahının yaxşılaşdırılması, özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi və sosial layihələrin əhatə dairəsinin genişləndirilməsi üzrə görülmüş işlər, tədbirlərin əhatə dairəsi və maliyyə yükü infoqrafikalar ilə aydın şəkildə təsvir olunub. Bundan başqa, sözügedən istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində baş vermiş müsbət dəyişikliklər statistik göstəricilərlə təhlil olunub. İlin sonunadək həyata keçirilməsi nəzərərdə tutulan tədbirlər barədə də məlumatlar əks olunub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı