“İslahat Könüllüləri” Təşkilatına yeni rəhbər təyin olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub. İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmri ilə Kommunikasiya departamentinin mütəxəssisi İsmət Vaqifzadə “İslahat Könüllüləri” Təşkilatının sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İsmət Vaqifzadə İİTKM-in innovativ layihəsi olan “Rəqəmsal Ticarət Qovşağı”nda çalışıb. Avropa Tələbələr Forumunun insan resursları üzrə menecer vəzifəsində və rəqəmsal marketinq sahəsində iş təcrübəsinə malikdir. 2018-ci ildə insan resursları sahəsi üzrə Tiflisdə ölkəni təmsil edib.

İ.Vaqifzadə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Almaniyanın Zigen Universitetinin birgə əməkdaşlığı ilə İqtisadiyyat (Business İnformatics) üzrə bakalavr təhsili alıb. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektron hökümət (e-Governance) sahəsi üzrə magistr təhsilini davam etdirir. O, həmçinin Varşava və Haydelberq şəhərlərində Erasmus+ mübadilə proqramlarını qazanıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı