Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib - BBN

“İslam bankçılığı və maliyyəsi” təlimi keçirilib

Təlimdə islam bankçılığı ilə ənənəvi bankçılıq arasında fərq, islam maliyyə alətləri və tətbiqi mexanizmləri və s. tədris olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Katılım Bankaları Birliyi arasında əməkdaşlıq çərçivəsində maliyyə bazarları sahəsində bilik və bacarıqların artırılması məqsədilə 1-3 may tarixlərində Türkiyənin İstanbul şəhərində “İslam bankçılığı və maliyyəsi” təlimi keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Mərkəzi Bankının, Sahibkarlığın İnkişafı Fondunun, KOBİA-nın və ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər.

Təlimdə islam bankçılığı ilə ənənəvi bankçılıq arasında fərq, islam maliyyə alətləri və tətbiqi mexanizmləri, maliyyə vəsaitlərinin toplanması və idarə edilməsi mövzuları tədris olunub.

Eyni zamanda təlim səfəri çərçivəsində iştirakçılar Türkiyənin maliyyə bazarlarının tənzimləyici qurumlarında və peşəkar bazar iştirakçıları ilə görüşlər keçiriblər.

Təlim iştirakçılarına sertifikatlar verilib.

Related posts

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi üzrə hesabatlılıq genişlənir

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 90%-dən çox artıb

Azərbaycanda orta aylıq nominal əməkhaqqı 7,3% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı