Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində tədbir və görüşlər keçirilib - BBN

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində tədbir və görüşlər keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Əlcəzairdə İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının Plenar Sessiyasında və dəyirmi masasında iştirak edib, əməkdaşlığa dair görüşlər keçirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Əlcəzairdə keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində tədbirlərdə iştirak edib və bir sıra görüşlər keçirib.

Əlcəzairdə İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində Müdirlər Şurasının Plenar Sessiyası keçirilib. Tədbir çərçivəsində İİB Qrupuna daxil olan qurumların illik toplantıları təşkil olunub, üzv ölkələr üçün 2026-2035-ci illəri əhatə edən dayanıqlı inkişaf planı barədə məlumat verilib. Plan səmərəli infrastruktur, insan kapitalının və özəl sektorun inkişafı, ərzaq və su təhlükəsizliyi, ticarət üzrə inteqrasiya kimi sahələri əhatə edir.

Əlcəzairdə İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində İİB Qrupunun Müdirlər Şurasının Dəyirmi Masası keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən iqtisadi şaxələndirmə tədbirləri, ölkəmizin tranzit qovşağı kimi strateji mövqeyini vurğulayıb. Dəyirmi Masada üzv ölkələrin biznes mühitində proaktiv tənzimləmələr, regional ticarətin dayanıqlı inkişafı barədə fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İİB Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirlə görüşündə ölkəmizin İİB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyi vurğulanıb. Azərbaycanda həyata keçirilən islahatlar, özəl sektorun inkişafı, Bankla reallaşdırılan birgə fəaliyyətin uğurlu nəticələri qeyd olunub. Tərəflər işbirliyinin şaxələndirilməsi, dayanıqlı infrastrukturla bağlı layihələrin icrası və regionun inkişafına yönəlmiş təşəbbüsləri müzakirə ediblər.

İllik Toplantı çərçivəsində Qvineya Respublikasının planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İsmael Nabe ilə görüşdə Azərbaycanda əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, makroiqtiadi sabitlik, həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində ölkəmizin qeyri-neft iqtisadiyyatı və ixracı artır. Tərəflər ölkələrimizin ticarət, investisiya, infrastruktur, enerji, təbii resurslardan səmərəli istifadə, bilik və təcrübə mübadiləsi sahələrində işbirliyi perspektivlərini dəyərləndiriblər.

Related posts

VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırılıb

PASHA Holding-də yeni təyinat olub

Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı