İslam İnkişaf Bankı Qrupunun prezidenti Şuşaya səfər edib

Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada görülən cari işlər barədə qonaqlara məlumat verib.

Nümayəndə heyətinə həmçinin, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, həyata keçirilən infrastruktur layihələri, sahibkarlar üçün tətbiq olunan güzəştlər barədə İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən təqdimatlar edilib.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla birgə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmini qeyd edib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb. Şuşaya səfərindən məmnunluğunu ifadə edən Məhəmməd Süleyman Əl-Casir görülən işləri yüksək qiymətləndirib, Bankın Şuşada həyata keçirilən layihələrə maraq göstərdiyini, investisiya sahəsində əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Şuşaya səfər çərçivəsində İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti Şuşa şəhər meydanı, Xan qızı bulağı, Yuxarı Gövhər ağa Məscidi, Şuşa Qala divarları, Cıdır Düzü ilə tanış olub.

Related posts

Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək

Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edildi – Foto

Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı keçirildi – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı