İslam İnkişaf Bankı Qrupunun prezidenti və Qırğızıstan rəsmisi “Bakı KOB evi”ndə olub

Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB evinin fəaliyyəti, burada sahibkarlara dövlət və özəl qurumların göstərdiyi xidmətlər barədə ətraflı məlumat verib. Süleyman Əl-Casir və O.Məmmədov arasında keçirilmiş görüşdə yerli KOB-ların inkişafı sahəsində əməkdaşlıq, KOB-ların maliyyələşdirilməsi və bu sahədə alternativ maliyyələşdirmə alətləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfərdə olan Qırğızıstanın Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti də “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub. O.Məmmədov və B.Torobayev arasında keçirilmiş görüşdə iki ölkənin iş adamları arasında mövcud əməkdaşlığa, bu əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Sonra KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Qırğızıstan nümayəndə heyəti və Azərbaycan iş adamları arasında görüş keçirilib. Görüşdə B.Torobayev, bu ölkənin prezidenti yanında Milli İnvestisiya Agentliyinin direktoru Umbriel Temiraliyev və Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev iştirak ediblər. Görüşdə Qırğızıstan nümayəndə heyəti tərəfindən bu ölkənin iqtisadiyyatına, müxtəlif sektorların potensialına və investisiya qoyuluşu imkanlarına dair məlumat verilib, Azərbaycan iş adamlarının Qırğızıstan iqtisadiyyatına və əməkdaşlıq imkanlarına dair sualları cavablandırılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı