İslam İnkişaf Bankı “Transform Fund 4th Call for Innovation 2021” müsabiqəsini elan edir

İslam İnkişaf Bankının (İİB) “Engage” İnnovasiya Mərkəzi “Transform Fund 4th Call for Innovation 2021” müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində İİB-ə üzv ölkələrin dəstəklənməsidir.

Müsabiqə çərçivəsində alimlərə, tədqiqatçılara, COVID-19 pandemiyasına qarşı vaksinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində çalışan biotexnoloji şirkətlərə və elmi-tədqiqat müəssisələrinə qrant və səhm kapitalı şəklində 0,1 – 1 milyon ABŞ dolları maliyyə yardımının ayrılması nəzərdə tutulur.

İştirak üçün təkliflər hazırlanaraq 2021-ci ilin 31 may tarixinədək qeyd olunan link (https://bit.ly/3f2Xyqi) vasitəsilə təqdim edilməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumatı İslam İnkişaf Bankının internet səhifəsindən əldə etmək olar.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı