KOBİA sədri və ICCIA prezidenti arasında görüşdə əməkdaşlığa və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Bakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və ICCIA-nın prezidenti Abdullah Saleh Kamil arasında görüş keçirilib.
Görüşdə ICCIA-ya üzv ölkələrin biznes dairələri arasında əməkdaşlığa, KOBİA və təşkilat arasında birgə təşəbbüslərə və tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.