İspaniya hökumətinin planı inflyasiya ilə mübarizə aparmaq üçün 7 milyard avro gətirəcək

İspaniya hökuməti vergilərdən gələn pulları əhalinin inflyasiya ilə mübarizə aparması üçün istifadə edəcək. Bu gün inflyasiya ilə mübarizə onlar üçün ən böyük problemdir.

BBN.az xəbər verir ki, bu haqda World Economic Forum-un video məlumatında deyilib.

Belə müvəqqəti tədbir isə hökumətə 7 milyard avroya başa gələcək. Vergilər isə qazancı 1 milyard və daha çox olan şirkətlərə tətbiq ediləcək. Əldə ediləcək nağd pul ilə hökumət sentyabr-dekabr aylarını əhatə edəcək pulsuz qatar biletləri üçün istifadə edəcək. Hökumət 75 milyon sərnişinin əvəzinə ödəniş etməyi planlaşdırır. Yaşı 16-dan yuxarı olan, dövlətin pulsuz təhsil sistemindən istifadə edən tələbələrə isə aylıq əlavə 100 avro veriləcək.

Bildirək ki, Avropa İtiffaqı ölkələrində inflyasiya 2022-ci ilin iyununda özünün rekord səviyyəsinə çatıb və 8.6%-ə yüksəlib. Buna təkan verən isə Rusiyanın Ukraynanı işğal etməsi fonunda enerji qiymətlərinin yüksəlməsidir.

Digər Avropa ölkələri də yaşayış xərclərinin yüksəlməsindən dolayı əhaliyə kömək olmaq üçün oxşar tədbirlərdən istifadə edir. Avstriya hər bir vətəndaşına verəcəyi pulu 1000 avroya yüksəldib. Almaniya vətəndaşlarına cəmi 9 avroya başa gələcək biletlər (ictimai nəqliyyat üçün) təklif edir, artıq 7 milyon belə bilet satılıb. Fransa isə enerji qiymətlərinin 4%-ə qədər yükəlməsinə limit qoyub və s.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı