İspaniya vətəndaşlarına daha 10 milyard avro maliyyə yardımı ayırdı

İspaniyanın Baş naziri Pedro Sánchez Rusiyanın Ukraynaya hücumundan sonra yüksək qiymətlər ilə mübarizə aparmaq üçün daha 10 milyard avro (8.8 milyard funt sterlinq) ayırdığını elan edib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, hökumət yaşam xərclərinin (enerji və ərzaq) artmasından dolayı orta sinif vətəndaşlar və işçiləri qoruyacaq.

Təkliflərə ƏDV-nin azaldılması və milyonlarla ev təsərrüfatları üçün ildə 27 000 avrodan az olan 200 avro birdəfəlik ödəniş daxildir.

Ölkə ötən ay inflyasiyanı 6.8%-ə endirməyə nail olub, bu isə Avropa İttifaqı (Aİ) ölkələrində ən aşağı illik dərəcədir və 2022-ci ilin fevralından Rusiyanın Ukraynaya hücumundan bu yana ən aşağı hesabatdır. Lakin ərzağın qiyməti ilə bağlı inflyasiya isə hələ də olduqca yüksəkdir.

Qeyd edək ki, bu İspaniya hökumətinin 3-cü belə addımıdır və ümumi dəstək isə 45 milyard avrodur.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı