İsrail iqtisadiyyatı 2023-cü ilin son rübündə 19,4 faiz azaldı

Qəzzaya edilən hücumlar İsrail iqtisadiyyatına mənfi təsir göstərib. Beləliklə, iqtisadiyyat son 2 ildə ilk dəfə rüblük daraldı.

BBN.az bu barədə İsrail Mərkəzi Statistika İdarəsinin (CBS) 2023-cü ilin son rübü üçün verdiyi açıqlamaya əsasən xəbər verir.

İsrailin Ümumi Daxili Məhsulu (ÜDM) ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 19,4 faiz azalıb.

2022-ci ildə 6,5 faiz böyüyən İsrail iqtisadiyyatı 2023-cü ildə isə cəmi 2 faiz artım qeyd edib.

Ötən il İsraildə adambaşına düşən ÜDM 0,1 faiz azalıb. Son rübdə İsraildə özəl xərclər 26,9 faiz, ixrac 18,3 faiz, investisiyalar isə 67,8 faiz azalıb. Dövlət xərcləri 88,1 faiz artıb.

Related posts

Visa ABB-nin layihələrini mükafatlandırdı

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı