İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək

İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslərin və peşə kurslarının müdavimlərinin sosial müdafiəsini təmin etmək məqsədilə də müvafiq addım atılıb.

Nazirlər Kabinetinin yeni Qərarında 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin verilməsinin xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməsi tapşırılıb.

Qərara əsasən, bu sosial müdafiə tədbiri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir. Onlara verilən təqaüdün (250 manat) ödənişi də xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı