İstehlak bazarında qiymətlər bahalaşıb

2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-may aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil etmişdir.

Cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin may ayına nisbətən 102,9 faiz təşkil etmişdir.

2020-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,7 faiz, əvvəlki ilin may ayına nisbətən 105,7 faiz təşkil etmişdir.

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, yumurtanın, kərə və zeytun yağlarının, alçanın, çiyələyin, qozun, kələmin, xiyarın, pomidorun, göyərtinin, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, təzə göbələyin, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, mal ətinin, qatılaşdırılmış şəkərli südün, süfrə marqarininin, limonun, bananın, almanın, armudun, mərcinin, təbii balın, müxtəlif içli şokoladlı konfetlərin, çayın, qəhvənin, arağın, pivənin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2020-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin may ayına nisbətən 101,4 faiz təşkil etmişdir.

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, mətbəx üçün oturacaq dəstlərinin, kondisionerlərin, ventilyatorların, qan təzyiqini ölçmək üçün elektron aparatların, minik avtomobilləri üçün şin və amortizatorların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, 100,2 100,1 97,7 100,0 93,6 99,9 101,7 89,6 100,1 100,3 100,4 100,0 Çörək, çörək məmulatları və yarmalar Ət və ət məhsulları Balıq və balıq məhsulları Süd və süd məhsulları Yumurta Kərə və bitki yağları Meyvələr Tərəvəzlər Qənd, cem, bal, şokalad və konfetlər Çay, qəhvə, kakao Spirtli içkilər Tütün məmulatları 3 sementin, elektrik çaydanlarının, mobil telefonların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2020-ci ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin may ayına nisbətən 100,4 faiz təşkil etmişdir. Əlaqə telef

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı