İstehlak bazarında qiymətlər bahalaşıb

2020-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 103,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil etmişdir.

Cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,7 faiz, əvvəlki ilin iyun ayına nisbətən 103,0 faiz təşkil etmişdir.

2020-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, əvvəlki ilin iyun ayına nisbətən 105,3 faiz təşkil etmişdir.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, qarğıdalı yağının, limonun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, çiyələyin, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, təzə göbələyin, kartofun, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, vermişelin, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, süfrə marqarininin, almanın, armudun, göyərtinin, mərcinin, qəhvənin, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir

2020-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 101,5 faiz təşkil etmişdir.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, sulu boyaların, divar kağızlarının, laminat parketin, dəhliz üçün mebelin, xalçaların, kondisionerlərin, ventilyatorların, təsərrüfat sabununun, tibb termometrlərinin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, kərpicin, elektrik 100,2 100,0 99,3 100,2 109,3 100,0 101,0 85,2 100,0 100,0 100,3 100,2 100,0 Çörək, çörək məmulatları və yarmalar Ət və ət məhsulları Balıq və balıq məhsulları Süd və süd məhsulları Yumurta Kərə və bitki yağları Meyvələr Tərəvəzlər Qənd, cem, bal, şokalad və konfetlər Çay, qəhvə, kakao Mineral sular, sərinləşdirici içkilər və şirələr Spirtli içkilər Tütün məmulatları 3 ütülərinin, televizorların, mobil telefonların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyriərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2020-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 101,2 faiz təşkil etmişdir. Əvvəlki aya nisbətən indeksin artması cari ilin aprel və may ayları üçün əhali qrupu üzrə tətbiq edilmiş elektrik enerjisinin güzəştli istehlak limitinin müddətinin başa çatması səbəbindən elektrik enerjisinin orta qiymətinin artması, habelə stomatoloji və qanın ümumi analizi xidmətlərinin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olmuşdur.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bakı metrosu ilə sərnişindaşıma 4%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı