İstehlak bazarında qiymətlər bahalaşıb

2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvaravqust aylarına nisbətən 102,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil etmişdir.
Cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin avqust ayına nisbətən 102,8 faiz təşkil etmişdir.

2020-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin avqust ayına nisbətən 104,9 faiz təşkil etmişdir.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, çiyələyin, qurudulmuş meyvələrin, fındığın, kələmin, pomidorun, balqabağın, bibərin, badımcanın, göy lobyanın, bahalaşma isə əsasən yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, qoyun ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, xamanın, yumurtanın, portağalın, əriyin, kivinin, qozun, xiyarın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, çayın, meyvə şirəsinin, pivənin və tütün məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2020-ci ilin avqust ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin avqust ayına nisbətən isə müvafiq olaraq 101,4 və 101,1 faiz təşkil etmişdir.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bakı metrosu ilə sərnişindaşıma 4%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı