Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İsveç Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb - BBN

İsveç Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb

İsveç Mərkəzi Bankı (Riksbank) uçot dərəcəsini 1,75 faiz səviyyəsində sabit saxlayıb.

BBN.az xəbər verir ki, Bloomberg sorğusunda iştirak edən 18 iqtisadçının hamısı da uçot dərəcəsinin 1,75 faiz səviyyəsində qalacağını gözləyirdi.

Borclanma xərcləri son üç ilin ən aşağı səviyyəsində qalmağa davam edib. Bundan əlavə, Mərkəzi Bank iqtisadi dirçəlişin başlanmasına dəstək məqsədilə qarşıdakı bir il ərzində faiz dərəcələrinin sabit qalacağını gözlədiyini bildirərək “pauza siqnalı” verib.

Bank növbəti addımının 2026-cı ilin sonlarında faiz artımı olacağını və həmin vaxta qədər iqtisadiyyatın əhəmiyyətli dərəcədə böyüyəcəyini proqnozlaşdırır.

Riksbank-ın son proqnozlarına görə, ümumi daxili məhsulun (ÜDM) gələn il bu ilki 0,9% səviyyəsindən 2,7%-ə yüksələcəyi, inflyasiyanın isə gələn il 1% səviyyəsinə enəcəyi gözlənilir.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Dünya bu xəbəri gözləyir: ABŞ və İran Pakistanda görüşür! – Bazarlar nəfəsini dərdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı