İsveçdə dayanıqlı data mərkəzi yaradılıb

Texnologiya nəhəngi “Microsoft” fəaliyyət dairəsini genişləndirir. Trilyon dollardan artıq bazar kapitalizasiyasına malik olan şirkət İsveçdə yeni dayanıqlı data mərkəzləri yaradıb. Gävle, Sandviken və Staffanstorp şəhərlərində yaradılan bu data mərkəzləri “Microsoft 365” və “Azure” təminat proqramlarının bulud texnologiyası databazasının saxlanılmasına xidmət edəcək.

Yeni data mərkəzlərinin əsas özəlliyi karbon emissiyasının və tullantı həcminin minimumda olmasıdır. “Microsoft” data mərkəzlərində bu özəlliyin yaradılması üçün “Enlight Renewable Energy”, ”European Energy”, ”NTR”, ”Prime Capital” və ”wpd” ilə əməkdaşlığa girib.

Yeni data mərkəzlərinin ilkin istifadəçiləri arasında İsveçin Combitech, Handelsbanken, PostNord və Sandvik Coromant şirkətləri də yer alıb.

Related posts

BFB 2024-cü ilin yanvar-iyun ayları üzrə ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqladı

Milli Depozit Mərkəzinin investorlara qiymətli kağızlar üzrə ödənişləri barədə məlumat

MDM üzvü olan investisiya şirkətləri tərəfindən öz  müştərilərinə depo hesablarını məsafədən açmaq imkanı yaradıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı