İsveçrə bankının səhmlərinin dəyəri son 15 ilin zirvəsinə çatıb

İsveçrə bankı UBS gəlir proqnozlarını doğrultduğundan dolayı səhmlərinin dəyəri 2008-ci ildən bu (son 15 ildə-red.) yana ən yüksək səviyyəyə çatıb. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Bankın cari ilin II rübü üçün gəliri 28.88 milyard dollar olub. Reuters-in sorğusunda isə analitiklər bildirirdi ki, iyunun sonunda başa çatan II rübdə gəliri 12.8 milyard dollar olacaq.  

UBS-in CEO-su Sergio Ermotti isə CNBC-yə müsahibəsində bildirib ki, şirkət özünün inteqrasiya planları (Söhbət İsveçrənin ən böyük banklarından olan, rəqibi və maliyyə problemlərindən dolayı aldığı Credit Suisse-dən gedir-red.) ilə çox yaxşı nəticələr nümayiş etdirir. “Credit Suisse-də çox mükəmməl insanlar, müştərilər, məhsullarının keyfiyyəti var, ancaq biznes modeli dayanıqlı deyil və restrukturizasiyaya ehtiyacı var”, – deyə CEO qeyd edib.  

Əlavə edək ki, UBS-in səhmləri təxminən 1 saat ərzində ticarət zamanı 4.9% artıb.  

Related posts

“PAŞA Bank” və “Kapital Bank”ın rəhbərliklərində dəyişiklik olub

VTB (Azərbaycan) ilə Rusiyadan asanlıqla pul köçürün

Fərid Məmmədov: Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi məhz Bir ekosistemidir – MÜSAHİBƏ