İsveçrədən olan tələbələr ARDNF-yə səfər ediblər

20 sentyabr tarixində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İsveçrə Konfederasiyasının Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi sayılan HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin birgə əməkdaşlığı ilə cari ilin sentyabr ayında (18-29 sentyabr) UNEC – də təşkil olunan “Azərbaycanda isveçrəli şirkətlər üçün bazar və biznes mühitinin müəyyən edilməsi və İsveçrə bazarı üçün Azərbaycan nə vəd edir” adlı intensiv təcrübə proqramı çərçivəsində İsveçrədən olan 12 tələbənin ARDNF-yə səfəri baş tutub.

ARDNF-nin inzibati binası və muzeyi ilə tanış olduqdan sonra tələbələrə Fond əməkdaşları tərəfindən təqdimat keçirilib. Fondun Neft kontraktları departamentinin direktoru Əli Sultanlı, Risklərin idarəedilməsi departamentinin Modelləşdi̇rmə və gəlirlili̇yi̇n ölçülməsi şöbəsinin baş təhlilçisi Şəhla Hüseynova və Büdcə proqnozlaşdırma və layihələr departamentinin Layihələr şöbəsinin baş iqtisadçısı Aysel Sadıqlının iştirakı ilə keçirilən infosessiyada tələbələrə ARDNF-nin investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması, HPBS-lər, Fond tərəfindən maliyyələşdirilən strateji əhəmiyyətli layihələr və ARDNF-nin büdcə sistemində və ölkə iqtisadiyyatında tutduğu mövqe barədə ətraflı məlumat verilib və tələbələrin sualları cavablandırılıb.

Related posts

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların nəzərinə!

İİTKM-nin əməkdaşları 3-cü Beynəlxalq Enerji Konfransında iştirak ediblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı