İtaliya ilə əməkdaşlıq genişlənir

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini xanım Vannia Gava ilə görüşüb.

Nazir ölkələrimiz arasında əməkdaşlığın uğurlu inkişafını, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, 2020-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verib.

İtaliyanın Ekoloji Keçid Nazirliyinin dövlət katibinin müavini xanım Vannia Gava iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələrin önəmini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Xanım Vannia Gava Avropada yaranmış təbii qaz tələbatı, eləcə də xammal idxalında olan maraq barədə məlumat verib və bu baxımdan Azərbaycanla əməkdaşlığın vacibliyini qeyd edib.

Tərəflər ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın, xüsusilə enerji sahəsində əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, alternativ enerji, azad olunmuş ərazilərimizin bərpa və yenidən qurulmasında əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı