İtaliyada rəqəmsal pərakəndə bankı istifadəyə verilib

İspaniyanın ən böyük üç bankında biri olan BBVA (Banco Bilbao Vizcaya Argentaria) İtaliya bazarında innovativ yeniliyə imza atıb. İtaliyada koronavirus pandemiyası dövründə rəqəmsallaşmanın kəskin artmasından istifadə edərək bazarda payını artırmağa çalışan BBVA İtaliyada ilk rəqəmsal bankını istifadəyə verib.

Dinamik CVV koduna sahib kartlar təklif edən bu bank, 24/7 aktiv qaynar xəttə sahibdir. Bununla yanaşı, onlayn bankın 100 avroya qədər ödənişsiz məxaric və transfer əməliyyatları təklif edən komissiyasız rəqəmsal debit kart xidməti də mövcuddur.

Həmçinin yeni onlayn bankın tətbiqetməsi Samsung Pay, Google Play və Apple Pay kimi ödəniş texnologiyaları ilə inteqrasiya funksiyasına malik olacaq.

Hazırda qlobal bazarda rəqəmsal bankçılıq üzrə 35.6 milyondan çox müştəri bazasına sahib olan bankın ümumi bazar kapitalizasiyası 37.7 milyard dollar səviyyəsindədir.

Related posts

Laqard: AİB faiz dərəcələrini saxlayır və avrozonanın iqtisadi dayanıqlığını qeyd edir

ECB mövcud faiz dərəcələrini potensial şoklardan qorunmaq üçün kifayət hesab edir

ABŞ və Aİ arasında danışıqların həlledici mərhələsi başlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı