İtaliyanın Azərbaycandakı səfiri KOBİA-da olub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

Görüşdə KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək və xidmətlər, Agentliyin İtaliyanın müvafiq qurumları ilə əməkdaşlığı və tərəflər arasında imzalanmış ikitərəfli sənədlər çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb. Ölkələrimizin işgüzar dairələri arasında mövcud əməkdaşlığa və əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə iş adamları arasında münasibətlərin genişləndirilməsi üçün müxtəlif təkliflər də səsləndirilib. 

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı