“İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmləri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərini açıqlayıb. İcmal məlumatlarına əsasən, 2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% artaraq 70,4 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon ABŞ dollarına bərabər olub.

2024-cü ilin ilk ayı ərzində bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9%, meyvə-tərəvəz ixracı 21,2%, alüminium və ondan hazırlanmış məmulatların ixracı isə 17,4% artıb.

Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5% artaraq 74,1 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 15,4 milyon ABŞ dolları olub.

Related posts

Visa ABB-nin layihələrini mükafatlandırdı

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı