İxrac prosedurlarına dair onlayn təlim keçirilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sahibkarlıq subyektləri üçün “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçirilib.

60-dan çox xarici ticarət fəaliyyəti iştirakçısı olan KOB subyektinin iştirakı ilə keçirilmiş onlayn təlimdə İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları, idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri, bir sıra inkişaf etmiş ölkələr tərəfindən təqdim olunan ümumiləşdirimiş preferensiyalar sistemi (GSP) haqqında məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı