Jeff Bezosun keçmiş həyat yoldaşı son 7 ayda 2 milyard dollar xeyriyyə yardımı edib

Jeff Bezosun keçmiş həyat yoldaşı, milyarder, xeyriyyəçi MacKenzie Scott son 7 ayda ümumilikdə 343 təşkilata (aşağı gəlirliliyi olan insanlara kömək edən xeyriyyə qurumlarına-red.) təxminən 2 milyard dollar maliyyə yardımı edib.

BBN.az Business Insider-ə istinadən xəbər verir ki, o, bu haqda özünün bloq postunda qeyd edib.

Ümumilikdə isə 2019-cu ildən bu yana “Giving Pledge”-yə imzaladıqdan sonra 14.5 milyard dollar öz sərvətindən xeyriyyə yardımı üçün ayırıb. Adıçəkilən müqaviləyə imza atdıqdan sonra isə o, ABŞ-ın aparıcı xeyriyyəçilərindən biri olub. 

Qeyd edək ki, Bloomberg-in milyarderlər indeksinə görə, hazırda Scott-un şəxsi sərvətinin həcmi 23.2 milyard dollardır. 2019-cu ildə Bezosdan ayrıldıqdan sonra o milyarder olub və buna səbəb isə onun Amazon-da 3%-lik səhmdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı