Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"JP Morgan" neft qiymətlərinin 150 dollaradək yüksələcəyini proqnozlaşdırır - BBN

“JP Morgan” neft qiymətlərinin 150 dollaradək yüksələcəyini proqnozlaşdırır

Hörmüz boğazının daha bir ay müddətinə faktiki blokadaya alınması qlobal enerji bazarlarında ciddi qiymət artımına səbəb ola bilər. Bu barədə JPMorgan Chase-ın baş iqtisadçısı Bryus Kasman The Times nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə bir ssenari Brent markalı neftin qiymətini bir barel üçün 150 dollara qədər yüksəldə bilər. Bu isə sənaye istehlakçıları üçün elektrik enerjisi təchizatında çətinliklər yarada bilər.

Qeyd edək ki, martın 30-da ICE birjasında 2026-cı ilin iyun ayı üzrə Brent markalı xam neftin fyuçersləri 19 martdan sonra ilk dəfə olaraq 115 dollar həddini keçib. Daha sonra isə qiymətlər geriləyərək bir barel üçün 112,78 dollar səviyyəsində qərarlaşıb.

Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazında hər hansı uzunmüddətli gərginlik qlobal enerji təchizatına təsir göstərərək bazarlarda volatilliyi artırmağa davam edəcək.

Related posts

“Azeri Light” nefti bahalaşdı: qiymət 128 dolları keçdi

Bazarın “Rollar Coaster” günü: Trampın sülh mesajından sonra İran tankeri vurdu, neft kəskin sıçradı!

100 dollarlıq neftin ilk “qurbanı” bəllidir! Rupi niyə çökdü? BBN az araşdırır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı