Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
JPMorgan Chase qızıl üzrə 2026 proqnozunu aşağı saldı - BBN

JPMorgan Chase qızıl üzrə 2026 proqnozunu aşağı saldı

Amerikanın investisiya bankı və maliyyə xidmətləri holdinq şirkəti JPMorgan Chase 2026-cı il üzrə qızılın orta qiymət proqnozunu azaldıb.

Bank qızılın bir unsiyası üzrə orta qiymət proqnozunu 5708 ABŞ dollarından 5243 ABŞ dollarına endirib.

Bankın açıqlamasında bildirilib ki, proqnozdakı düzəliş 2026-cı ilin ilk aylarında müşahidə olunan daha aşağı qiymət səviyyələri ilə əlaqədardır.

Bununla belə, “JPMorgan Chase” 2026-cı ilin sonu üçün əsas ssenari üzrə təxminən 6000 dollar/unsiya səviyyəsində olan proqnozunu dəyişməyib.

Maliyyə qurumu hesab edir ki, ilin ikinci yarısında tələbin yenidən artması qızıl qiymətlərində güclü yüksəlişi dəstəkləyə bilər.

Analitiklər qeyd ediblər ki, neft qiymətlərində artım inflyasiya narahatlıqlarını gücləndirib. Bununla yanaşı, faiz dərəcələrinin uzun müddət yüksək qalacağına dair gözləntilər qızılın qiymətinin son bir aydan çox müddətin ən aşağı səviyyəsinə enməsinə səbəb olub.

Bakı vaxtı ilə saat 09:00-a olan məlumata əsasən, bir unsiya qızılın qiyməti 4540 ABŞ dolları təşkil edib. Qızıl sessiyanın erkən saatlarında isə martın 30-dan bəri ən aşağı səviyyəsini görüb.

Related posts

Yaxın Şərqdə nüvə stansiyasına dron zərbəsi: Neft qiymətləri sürətlə bahalaşır, gərginlik pik həddə çatdı!

NEFT BAZARI “NƏFƏSİNİ DƏRDİ”: PEKİN SAMMİTİ VƏ İRAN GƏRGİNLİYİ QİYMƏTLƏRƏ TƏSİR EDİR

OPEC-DƏN QORXUDUCU PROQNOZ: İRAN MÜHARİBƏSİ NEFTƏ OLAN TƏLƏBATI “VURUR”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı