Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının (İTFC) rəhbəri Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb, Azərbaycanın İslam İnkişaf Bankının tərkibində fəaliyyət göstərən Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası əməkdaşlıqda maraqlı olduğu bildirib.

Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının rəhbəri Hani Salem Sonbol rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, müxtəlif ölkələrdə gördüyü işlər, o cümlədən kənd təsərrüfatı ilə bağlı maliyyələşdirilən layihələr barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi maliyyə qurumu Azərbaycanla bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Hani Sani Sonbol Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının həm də tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynadığını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu – Foto

Ankara OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin üzvləri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı