Noyabrda Kanadada illik inflyasiya ötən ayla müqayisədə cüzi azalıb, amma bəzi məhsul və xidmətlərin qiyməti hələ də yüksək olaraq qalır.
BBN.az Kanadanın CBC TV proqramına istinadən xəbər verir ki, qeyd edilən dövrdə illik istehlakçı qiymət indeksi 6.8% (oktyabrda 6.9, cəmi azalma 0.1%) olub.
TV proqramda qeyd edilib ki, bütün ölkə üzrə insanlar yüksək qiymətlər ilə mübarizə aparmaqdadır. 2 il ilə müqayisədə supermarketdə qiymətlər noyabrda 11.4% (çörək və yumurtanın qiyməti 2 dəfə artıb), kirayə evin qiymətləri 5.9% artıb. Qiymətlər isə son 30 illə müqayisədə çox sürətli bir şəkildə yüksəlməkdədir.