Kanadada inflyasiya enib, ancaq ərzağın qiymətləri yüksəkdir, Mərkəzi Bankın isə iclası olacaq

Kanadada yeni iqtisadi rəqəmlər göstərib ki, inflyasiya aşağı enib, ərzağın qiymətləri isə çox sürətlə artır, bu isə son onillikdə müşahidə edilməyib.

BBN.az Kanadanın CBC News TV proqramına istinadən xəbər verir ki, Statistika Bürosunun məlumatına, əsasən sentyabrda illik inflyasiya 6.9% olub. Bu isə avqustdakı 7%-dən cüzi enmə olduğunu nümayiş etdirib.

CBC News TV proqramında bildirilib ki, təbii qazın qiymətləri enib, ancaq ərzaqda eyni hal müşahidə edilmir. Ərzağın qiymətləri bir öncəki illə müqayisədə 11.4% artıb. Məsələn, unlu məmulatlar 14.8% artıb, təzə tərəvəzlərdə isə 11.8% olub.

Ekspertlər isə bildirirlər ki, ərzağın qiymətlərinin yüksək olmasına səbəb gübrənin daha bahalı olmasıdır, pis hava şəraiti isə qarğıdalı əkinlərini məhv edir. Rusiya-Ukrayna müharibəsi isə taxılın qiymətlərinin daha bahalı olmasına sövq edir.

Ölkənin Mərkəzi Bankının isə növbəti həftə, oktyabrın 26-da faiz dərəcələrini 50 baza bəndi artıracağı ehtimal edilir. Bunun isə iyuldakı 100 baza bənd, sentyabrdakı 75 baza bəndindən daha aşağı olacağı gözlənilir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı