Kanadanın Mərkəzi Bankının növbəti həftə faiz dərəcələrini yenidən artıracağı gözlənilir

Kanadanın iqtisadiyyatı ilə bağlı yeni rəqəmlər göstərib ki, ölkənin iqtisadiyyatı yavaşlayıb.

BBN.az Kanadanın CBC TV proqramına istinadən xəbər verir ki, bu haqda Statistikalar Komitəsi məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin II rübündə Kanadanın iqtisadiyyatı 3.3% artıb, bununla belə bu proqnozlardan aşağıdır. İyunda Ümumi Daxili Məhsul (ÜDM) 0.1% yüksəlib, iyulda isə eyni faizlə, yəni 0.1% azalma müşahidə edilib.

Güman ki, növbəti həftə “Bank of Canada”, yəni ölkənin Mərkəzi Bankı faiz dərəcələrini yenidən artırsın. Bu isə yüksək inflyasiya ilə mübarizə aparmaq məqsədi daşıyacaq.

Qeyd edək ki, avqustun əvvəlində Kanadanın Mərkəzi Bankı əsas faiz dərəcələrini tam bənd artırmışdı, buna səbəb kimi isə yüksək və davam edən inflyasiya amilini göstərmişdilər. Daha öncəki proqnoz isə bu idi ki, Kanadada inflyasiya iyunda özünün pik həddinə çatdıqdan sonra, Mərkəzi Bankın 2%-lik hədəfinə 2024-cü ilə qədər çatmaya bilər. Analitiklər bildirirlər ki, əmək haqqı və icarə kimi daha az dəyişən nüanslar qiymət təzyiqinin əsas mənbələri olaraq enerjinin yerini alır. 

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı