Kantar: 2022-ci ildə Böyük Britaniyada illik supermarket xərcləri 643 funt sterlinq artdı

2022-ci ildə Böyük Britaniyada orta illik supermarket xərcləri 643 funt sterlinq artıb.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, araşdırma şirkəti Kantar-ın məlumatına, əsasən bunun mənası odur ki, alıcılar ərzaq və digər supermarket alış-verişlərinə görə ayda orta hesabla 54 funt sterlinq daha artıq ödəyirlər. Rəqəmlərdən asılı olaraq, əgər alıcılar eyni nəsnələri almağa davam etsələr illik xərc 5.265 funt sterlinqə qədər yüksələ bilər. 

İyundan bəri araşdırma şirkəti proqnoz edirdi ki, 2022-ci ildə orta illik supermarket xərcləri 380 funt sterlinq artacaq. Ukraynadakı müharibədən dolayı bu il ərzağın qiymətləri yüksəlib.

Sorğu, həmçinin, göstərib ki, həftəlik alışların qiyməti bir öncəki illə müqayisədə sentyabrda 13.9% artıb. Bu isə Kantar-ın 2008-ci ildə ilk dəfə bazarı analiz etməyə başladığından bəri rekord nəticə hesab edilir.

Həmçinin, araşdırma şirkətindən deyiblər ki, müştərilər büdcələrini daha doğru idarə etmək üçün həll yolları axtarırlar, yüksələn qiymətlər ilə mübarizə aparmaq üçün supermarket alışlarını azaldırlar.

Qeyd edək ki, hazırda Böyük Britaniyada inflyasiya son 40 ilin ən yüksək həddindədir, 9.9%-dir. 

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı