Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Kapital Bank" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur - BBN

“Kapital Bank” ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

1 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan istiqrazların abunə yazılışı 03.07.2026-cı il tarixində başlayıb və 01.08.2026-cı il tarixində bitmişdir.

“Kapital Bank” ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi 05.08.2026 il tarixində baş tutmuşdur.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2018005150
İstiqrazların növü və forması Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı 500,000 ədəd 
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 50,000,000 manat
İllik gəlirlilik faizi 10%
Ödəmə Periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir
Tədavül müddəti 1 il
Minimal qiymət 100 (10.0000%) manat
Maksimal qiymət 100 (10.0000%) manat
Kəsmə qiyməti 100 (10.0000%) manat
Ortaçəkili qiyməti 100 (10.0000%) manat
Reallaşdırılmış həcm 50,000,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 146,161,800 manat
Abunə yazılışında iştirak etmiş investor sayı 336
Sifarişi icra edilmiş investor sayı 314
Abunə yazılışında təklif edilmiş sifariş sayı 406
İcra edilmiş sifariş sayı 383
Anderrayter “PAŞA Kapital İ.Ş” QSC

Related posts

“Modenis” (eManat) “MPAY” MMC-yə qoşulur

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı