Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 3-7 iyun 2024-cü il tarixləri aralığında “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 10 iyun 2024-cü il tarixində baş tutacaqdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
“Kapital Bank” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2009005151 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
İstiqrazın sayı |
500,000 (ədəd) |
İlkin ticarət qiyməti |
100 manat |
Buraxılış həcmi |
50,000,000 manat |
İllik gəlirlilik faizi |
10% |
Ödəmə Periodu |
Ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir |
Tədavül müddəti |
1 il |
Anderrayter |
“Paşa Kapital İ.Ş” QSC |
Ticarətə buraxılma tarixi |
10.06.2024 |
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |