Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 3-7 iyun 2024-cü il tarixləri aralığında “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 10 iyun 2024-cü il tarixində baş tutacaqdır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“Kapital Bank” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2009005151

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

İstiqrazın sayı

500,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

50,000,000 manat

İllik gəlirlilik faizi

10%

Ödəmə Periodu

Ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir

Tədavül müddəti

1 il

Anderrayter

“Paşa Kapital  İ.Ş” QSC

Ticarətə buraxılma tarixi

10.06.2024

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı