“Kapital Bank” ASC-nin istiqrazlarının yerləşdirilməsi yekunlaşmışdır

17 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında “Kapital Bank” ASC-nin AZ2008005152 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 35,000,000 (otuz beş milyon) ABŞ dolları həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 7 il , nominal dəyəri 100  ABŞ dolları olan istiqrazların yerləşdirilməsi yekunlaşmışdır.

Yerləşdirmə zamanı 104 investor tərəfindən 104 sifariş təqdim edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü isə rüblük  (hər 90  təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq) təşkil edir.

Hərrac qiyməti 100 ABŞ dolları olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,000,000 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 35,000,000 ABŞ dolları təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 17 aprel 2031-ci ildir.

Yerləşdirmə üzrə anderrayter PAŞA Kapital İnvestisiya Şirkəti QSC-dir..

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı